Estoniya Rusiya ilə gömrük sahəsində əməkdaşlığı dayandırıb

Estoniya Rusiya ilə gömrük sahəsində əməkdaşlığı dayandırıb Estoniya hökuməti bu gün keçirilən iclasda Rusiya ilə gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişə xitam vermək qərarına gəlib.
Bu barədə respublikanın Baş naziri Kaya Kallas Tallin şəhərində keçirilən mətbuat konfransında deyib.
“Biz Rusiya ilə gömrük sahəsində ikitərəfli əməkdaşlığı dayandırdıq. Çünki bu cür əməkdaşlıq Avropa İttifaqı tərəfindən tənzimlənir. Biz Avropa ilə Rusiya Federasiyası arasında münasibətlərdə vahid Avropa xətti ilə getməli və ikitərəfli sazişlərə əməl etməməliyik”, - deyə Estoniya Nazirlər Kabinetinin rəhbəri bildirib.
ERR yayım portalının məlumatına görə, müqaviləyə xitam verilməsi barədə sərəncam layihəsi nəzərdən keçirilməsi üçün hökumətə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu tərəfindən təqdim edilib.
Sənəd 1997-ci ildə hər iki dövlətin Nazirlər Kabineti tərəfindən imzalanıb. Saziş qeyri-müəyyən müddətə qədər qüvvədə qalmalı və tərəflərdən birinin ona xitam verdiyi barədə yazılı bildirişdən altı ay sonra sona çatmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər