Gələn ilin yanvar ayından etibarən Avropa İttifaqının (Aİ) bir çox ölkələrində ərzaq məhsullarının qiyməti bahalaşacaq. Əlavə dəyər vergisinin (ƏDV) aşağı salınmasına baxmayaraq, inflyasiya qaçılmaz olacaq.
Bu barədə Avropa Komissiyasının xüsusi bülletenində qeyd olunub. Artıq Aİ-nin bir sıra ölkələrində ərzaq məhsullarının tədarükçüləri satıcılara qiymətlərin 5-10 faiz bahalaşacağı ilə bağlı xəbərdarlıq ediblər.
Yeni ildən Aİ ölkələrinin əksəriyyətində ərzaq məhsullarının qiymətlərinə vahid 12 faizlik ƏDV tətbiq olunacaq. Hal-hazırda isə ilkin olaraq azaldılmış 15 faizlik ƏDV dərəcəsi qüvvədədir.
Tədarükçülər qiymətlərin artmasının enerji və nəqliyyat məsrəflərinin çoxalması və əmək müqaviləsi formalarının dəyişilməsi ilə bağlı işçi qüvvəsinə çəkilən xərclərin artması ilə əlaqədar olduğunu bildirirlər. Müvafiq səbəblər siyahısına əmlak və gəlir vergilərinin artırılmasını əlavə etmək olar ki, bu da büdcəli iqtisadiyyatla bağlı hökumət tədbirlərinin təsdiqlənmiş paketinin (“konsolidasiya paketi”) tərkib hissəsi hesab edilir.
“Budapeşt. Biznes-Jurnal” nəşri yazıb: “Əgər hökumətlər şirkətlərin bu sektordakı xərclərinin artırılması ilə bağlı qərar qəbul etsələr, bu təqdirdə ərzaq məhsullarının istehsalçılarının öz yüksəlməkdə olan məsrəflərini qida məhsullarının qiymətlərində əks etdirməsi tamamilə məntiqli olacaq”.
Qida sənayesi olduqca böyük enerji xərcləri tələb edən sahədir. ƏDV-nin azaldılması sayəsində əldə edilə biləcək istənilən qənaət miqdarı Aİ ölkələri tərəfindən enerji qiymətlərinin bahalaşması nəticəsində heçə endiriləcək. Bu məsələ hələ də “Köhnə dünyanın” ölkələrinin aparıcı işgüzar nəşrlərində və mətbuat səhifələrində mərkəzi mövzulardan biri olaraq qalmaqda davam edir.
Tehsil-press.az