"Pandemiya dövründə dərman preparatlarının satışının artması müşahidə olundu. Ərzaq məhsullarının, xüsusilə də strateji ərzaq məhsullarının istehsalı və satışı yüksəldi. Azərbaycanda da onlayn çatdırılma, onlayn xidmətlərə marağın artması müşahidə olundu".
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov COVID-19 pandemiyasının minimum təsir etdiyi və ya ümumiyyətlə təsir etmədiyi iqtisadi sektorlardan danışarkən deyib.
O bildirb ki, pandemiya dünya üzrə bir sıra sektorlara mənfi təsir göstərsə də, əslində Azərbaycanda pandemiyanın mənfi təsir göstərdiyi sektorların sayı 20-dir və onlardan 11-i mart-aprel aylarında fəaliyyətlərini tamamilə dayandırmış sektorlardır:
"Bu sektorlardan 9-nun fəaliyyətləri isə 70 faiz məhdudlaşdırıldı. Lakin bir sıra sektorlar var ki, pandemiya onlara minimum təsir göstərdi. Real sektor baxımından bura dərman preparatlarının istehsalı və satışı daxildir. Hətta, pandemiya dövründə dərman preparatlarının satışının artması müşahidə olundu. Ərzaq məhsullarının, xüsusilə də strateji ərzaq məhsullarının istehsalı və satışı yüksəldi. Bu məhsulların satışına tələb yüksəldi. Xüsusilə də pandemiyanın ilk həftələrində biz daha kütləvi şəkildə ərzaq məhsullarının istehlakını müşahidə etdik. Sonrakı dövrlərdə bu optimallaşdırıldı. Amma strateji ərzaq məhsullarına tələb yüksək olaraq qalır".
Millət vəkili vurğulayıb ki, eyni zamada təbii ki, onlayn xidmətlər pandemiyanın təsirlərinə az məruz qaldı və ya bütövlükdə məruz qalmadı:
"Onlayn xidmətlərə pandemiya dövründə tələbin artması müşahidə olundu. Hətta, dünyada onlayn xidmətlər göstərən şirkətlərin səhmlərinin qiymətlərində kəskin artımlar müşahidə olundu. Azərbaycanda da onlayn çatdırılma, onlayn xidmətlərə marağın artması müşahidə olundu. Praktik olaraq onlayn iqtisadiyyat pandemiya meydana gəldiyi dövrdə sonra daha çox güdəmə gəldi, bu da pandemiyanın çağırışlarına uyğun olaraq həmin sektora və sahəyə tələbin artdığını müşahidə etdik. Bu kontekstdə təbii ki, əslində pademiya dövründə və post-pandemiya dövründə onlayn iqtisadiyyata tələb artacaq. Güman olunur ki, artıq pandemiyanın çağırışlarına uyğun olaraq biz növbəti dövrdə avtomatlaşdırılma və onlayn xidmətlərin, onlayn iqtisadiyyatın daha öndə olmasını müşahidə edəcəyik".
Tehsil-press.az