Ortopedik implantla həyata ilk addım

Ortopedik implantla həyata ilk addım Türkiyədə Sağlamlıq Elmləri Universitetinin Gülhanə Tibbi Dizayn və İstehsalat Tətbiq və Araşdırma Mərkəzinin (METÜM) müəssisələrində 3D printerlərlə istehsal edilən süni omba implantları yataq xəstəsini ayağa qaldırır. Bu implantlar fərdi olaraq hazırlanır.
Omba sınıqları xüsusilə yaşlı xəstələrdə mühüm ortopedik problemdir. Xüsusilə ömrün uzunluğu artdıqca bu tip sınıqlar daha çox yayılır. Yaşlı xəstələrdə omba sınıqları sadə yıxılma nəticəsində meydana gəldiyi halda, gənc xəstələrdə bud sınıqları yol qəzası, hündürlükdən düşmə kimi travmalar nəticəsində yaranır. Əməliyyatlarda istifadə edilən metal protezlər zaman keçdikcə köhnəlir və bu da xəstələrin yeriməyini mümkünsüz edir.
Sağlamlıq Elmləri Universitetinin Gülhanə Tibbi Dizayn və İstehsalat Tətbiq və Araşdırma Mərkəzi (METÜM) bölməsində 3D kompüter çapı altında istehsal edilən fərdi implantlar bu xəstələrə ümid bəxş edib. Bu implantlar hazır implantlardan daha rahat və xəstənin sümüyü ilə uyğun gəlir. Sağlamlıq Elmləri Universiteti İstanbul Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanası Ortopediya və Travmatologiya Kliniği Təhsil Müdiri Prof. Dr. Cəmil Ertürk və komandası Ankaradakı universitetin müəssisələrində 3D printerlərlə istehsal edilən süni omba implantlarından omba protezlərinin revizion əməliyyatlarında istifadə edir və uğurlu əməliyyatlar əldə edirlər. İndiyədək 12 nəfərə bu implantlar quraşdırılıb. Prof. Dr. Ertürk, "Bu əməliyyatlar daha asandır və müvəffəqiyyət şansı daha yüksəkdir. Xəstələrimiz də yeriməyə başladıqları üçün çox xoşbəxt olduqlarını ifadə edirlər. Universitetimizin yüksək texnologiyası ilə yanaşı ortopediyada yerli texnologiyada da bir çox irəliləyişlər var. Xüsusilə ölkəmizdə son 20 ildə olan implant sənayesində".
Xəstələri müayinə etdikdən sonra onların rentgen və kompüter tomoqrafiyası çəkildiyini qeyd edən prof. Ertürk prosesi belə izah edib: "Biz bu radioloji məlumatları METÜM-ə göndəririk. Orada radioloji görüntülər formalaşdırılır. Sonra bizə göndərilir və uyğun olub-olmaması soruşulur. Kompüterdə lazımi düzəlişləri edirik. Nəzərdən keçirib METÜM-ə göndəririk. Daha sonra materialın plastik modelinin görünüşü qiymətləndirilir və omba sümüyünün plastik sümük modeli implant 3D printerlərdə hazırlanaraq bizə göndərilir. Plastikin uyğunluğunu yoxlayırıq. Əməliyyat zamanı plastik modeli təkrar-təkrar qiymətləndirir və omba yuvası sümüyünün tam ölçüsü olan implantın sümüyə mükəmməl uyğunluğunu müşahidə edirik.
Bu təcrübə ölkəmiz xaricində də mövcuddur. Almaniya, İngiltərə və ABŞ-da…

Tehsil-press.az




Oxşar xəbərlər