“Fövqəladə halların idarəedilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Fövqəladə halların idarəedilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt və Abşeron peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.
Açılış nitqi ilə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu cür silsilə tədbirlərin əhəmiyyətini, peşə məktəblərində davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsinin, bu sahədə maarifləndirmə prosesinin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev tələbə və müəllimlərin yarana biləcək fövqəladə hallara hazır olmasını, lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib.
Ardınca Fövqəladə Hallar Nazirliyinin nümayəndələri suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair ətraflı məlumat verərək, maarifləndirici videoçarxlar nümayiş etdiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər