“British Council” təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub.
“Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri bu qurum ilə “British Council” arasında əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Səfərin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.
Səfər çərçivəsində peşə təhsili, milli ixtisaslaşdırılma sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, büdcədənkənar maliyyə mənbələrinin müəyyən olunması və idarəedilməsi, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.
Tehsil-press.az