Dünyada ötən sutka ərzində 10 mindən çox insan koronavirusun qurbanı olub

Dünyada ötən sutka ərzində 10 mindən çox insan koronavirusun qurbanı olub Dünyada yeni növ koronavirusun (COVID-19) qurbanlarının sayı son sutka ərzində 10 min nəfərdən çox olub.
Ötən sutka ərzində 1 milyon 906 min 152 nəfər yeni koronavirusa yoluxub, 10 min 74 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 415 milyon 783 min 791, ölənlər isə 5 milyon 855 min 725 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (177 min 515 nəfər) Almaniyada və bu xəstəlikdən ölüm faktı (2202 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (79,6 milyon), Hindistan (42,7 milyon), Braziliya (27,6 milyon), Fransa (21,8 milyon), Böyük Britaniya (18,3 milyon), Rusiya (14,4 milyon) və Türkiyədə (13 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər