“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” -Fotolar

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” -Fotolar Pərvin Abıyeva açıq-saçıq səhnələrin çox olduğu “Gecə qonağı” filmi ilə bağlı təəssüratlarını bölüşüb. Aktrisa tehsil-press.az-a açıqlamasında rol aldığı filmə görə tənqid atəşinə tutulduğunu söyləyib.
Pərvin bildirib ki, filmdə canlandırdığı obrazı tamaşaçılara sevdirib:
“May ayından “Gecə qonağı-2” filminin çəkilişlərinə başlayırıq. Çəkilişlər “Qayıdış” filminin qalasından sonra baş tutacaq”. “Gecə qonağı” kinoteatrlarda yayımlandıqdan sonra əhalinin müəyyən hissəsi gedir, qalan hissəsi isə yox. Deyərdim ki, film tənqiddən çox sevildi. İlk 30 dəqiqə ərzində mən sosial şəbəkədə gördüm ki, millət məni yıxıb-sürüyür. Haqqımda nələr yazırdılar...
Amma sonra hiss etdim ki, obrazı sevdirə bilmişəm. Müsbət rəylər almağa başladım. Mən o filmə çəkiləndə nişanlı deyildim. Subay bir qız idim. Amma nişanlı olsam belə həyatımda olan insan buna normal baxır və bilir ki, mən aktrisayam. Təbii ki, bu mənim həyatım deyil. Əvvəl qardaşım və anam dedi ki, yıxıb-sürüyəcəklər. Mən aktrisayam və bu normaldır”.

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” -Fotolar

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” -Fotolar

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” -Fotolar

tehsil-press.az

Oxşar xəbərlər