“Seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq” - Putin

“Seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq” - Putin "Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı sərt şəkildə alınacaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.
“Rusiyanın daxili işinə istənilən müdaxilənin qarşısı ölkənin qanunlarına uyğun olaraq sərt şəkildə alınacaq. Dövlət xalqımızın azadlığını, suverenliyini və öz gələcəyini seçmək hüququnu qoruyacaq”, - deyə Putin qeyd edib.
Xatırladaq ki, Rusiyada 2024-cü ildə martın 15-dən 17-nə qədər prezident seçkiləri keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər