ABŞ hökuməti prezident seçkilərinə müdaxilə edənlər və kiberhücumlarla bağlı məlumat verənə 10 milyon dollar mükafat verəcək.
Bu barədə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mətbuat konfransında deyib. O bildirib ki, “ədalətə kömək yardım proqramı” xarici dövlətlərin nəzarəti altında olan və seçkilərə cinayətkar kiberhücumlar vasitəsilə müdaxilə edən şəxsləri aşkara çıxarmağa kömək etmək üçün yaradılıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Prezident Donald Tramp koronavirus pandemiyası səbəbindən səsverməni təxirə salmaq istəsə də, səlahiyyətləri onun belə bir qərarı qəbul etməsinə imkan verməyib.
Tehsil-press.az