“Sıfır nöqtəsi” Ermənistanın sonudur” - Sos Akopyan

“Sıfır nöqtəsi” Ermənistanın sonudur” - Sos Akopyan “Paşinyanın məntiqi Ermənistanı məhvə aparır. Yəni “sıfır nöqtəsi” ölkənin sonudur”.
Bunu Ermənistanın “Vətən” partiyasının mətbuat katibi Sos Akopyan deyib.
O, 32 erməninin öz ailələrinə qayıtmasına sevindiyini, lakin bunun ölkə üçün düzgün addım olmadığını bildirib:
“Paşinyan deyir ki, əsirlərin mübadiləsi “sıfır nöqtəsi” hesab oluna bilər. Bu isə, ən azı, təəccüblüdür. Baş nazirin məntiqi Ermənistanı məhv edir. O, ölkənin suverenliyini, həm cəmiyyətin, həm də dövlətin təhdidlərə qarşı durmaq qabiliyyətini aşağılayır. Bundan əlavə, acınacaqlı vəziyyətdəsinizsə və danışıqlar prosesində daim geri çəkilirsinizsə, o zaman qarşı tərəf daim irəliləyəcək. Buna görə regionda ölkələr arasındakı ərazilər uğrunda mübarizənin dayanacağını xəyal etmək və ya bunu ümid etmək dövlət adamı üçün təkcə sadəlövhlük deyil, həm də cinayətdir”.
Xatırladaq ki, dekabrın 13-ü Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində əsir mübadiləsi həyata keçirilib. Azərbaycanda saxlanılan 32 erməni hərbçi qarşı tərəfə verilib. Həmçinin Ermənistanda saxlanılan 2 əsgərimiz geri qaytarılıb.

Tehsil-press.az



Oxşar xəbərlər