AzMİU daha iki logistika şirkəti ilə əməkdaşlıq edəcək

AzMİU daha iki logistika şirkəti ilə əməkdaşlıq edəcək Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “CHEM TREND” MMC və “MBM” MMC logistik şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Prorektor Akif Qasımov çıxış edərək elm və təhsilin istehsalatla əlaqələndirilməsi, universitet-özəl müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsinin AzMİU-nun qarşıya qoyduğu əsas hədəflərdən olduğunu deyib. O, imzalanan müqavilənin logistika və nəqliyyat texnologiyaları ixtisasında təhsil alan tələbələr üçün əhəmiyyətinə diqqət çəkib.
“CHEM TREND” MMC-nin direktoru Emil Quliyev və “MBM“ MMC-nin direktoru Bahəddin Mirzə çıxışlarında bu əməkdaşlığın ölkədə logistika sahəsinin inkişafına müsbət təsir göstərəcəyini deyib, tərəflərə uğur gətirməsini arzulayıblar.
Əməkdaşlıq müqaviləsinin məqsədi logistika şirkətləri ilə Nəqliyyat və logistika kafedrası arasında əməkdaşlığı genişləndirmək, sonuncu kursda təhsil alan tələbələrin həmin müəssisələrdə təcrübə keçmələrinə şərait yaratmaq, gələcək məzunların işlə təmin edilməsinə dəstək göstərməkdir. Əməkdaşlıq, həmçinin istehsalatdan olan mütəxəssislərlə tələbələrin daimi ünsiyyətinə, onlara ixtisasları üzrə praktik biliklər qazanmalarına və müasir tələblərə cavab verən mütəxəssis kimi yetişmələrinə imkan verəcək.

Tehsil-press.az



Oxşar xəbərlər