AzMİU-da logistika ixtisasını seçən tələbələr üçün ustad dərsi təşkil edilib

AzMİU-da logistika ixtisasını seçən tələbələr üçün ustad dərsi təşkil edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin rəhbərliyi yeni açılmış logistika ixtisasını seçən tələbələr üçün ustad dərsləri təşkil edir. Tələbələrin ixtisası yaxşı mənimsəməsi, mükəmməl biliklərə sahib olması üçün dərslər birbaşa istehsalatdan olan peşəkarların iştirakı ilə keçirilir.
Növbəti dərs bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Satış və marketinq şöbəsinin mütəxəssisi Nicat Şabanlı tərəfindən aparılıb. O, dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların tarixindən, dünya limanları və Bakı limanından, gəmilərin bölgüsündən, dəniz daşımalarını tənzimləyən beynəlxalq konvensiya, saziş və qaydalardan danışıb, tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər