Azərbaycan Texniki Universiteti Abşeron Logistika Mərkəzi ilə elmi tədqiqatlar aparacaq

Azərbaycan Texniki Universiteti Abşeron Logistika Mərkəzi ilə elmi tədqiqatlar aparacaq Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Abşeron Logistika Mərkəzində olub.
Görüşdə rektor Vilayət Vəliyev və Mərkəzin direktoru Ziya Ağayev əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Abşeron Logistika Mərkəzində birgə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması təklifi bəyənilib. Bu əsasda Nəqliyyat və logistika və Beynəlxalq ticarət və logistika ixtisasları üzrə təhsil alan bakalavr, magistr və doktorant tələbələr üçün tədrisin yenidən qurulması, birgə elmi tədqiqatlar aparılması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər