Texniki Universitetlə “İmagro” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Texniki Universitetlə “İmagro” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İmagro” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən, elektrotexnika və avtomatika, nəqliyyat və logistika fakültələrində təhsil alan tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi təmin ediləcək. Məşğulluğun inkişafına dəstək məqsədilə tələbə və məzunların daxili müsahibə əsasında şirkətdə işə qəbulu da nəzərdə tutulub. Bundan başqa, tərəflər elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi, müştərək layihələrin hazırlanaraq icra edilməsi, informasiya mübadiləsinin həyata keçirilməsi istiqamətində də əməkdaşlıq edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər