Bakı Beynəlxalq Dəniz Ticarət Limanı əməkdaşlarının AzMİU tələbələri üçün keçirdiyi təlim başa çatıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı əməkdaşlarının AzMİU tələbələri üçün keçirdiyi təlim başa çatıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində yeni açılmış logistika və nəqliyyat texnologiyaları ixtisasında təhsil alan tələbələr üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən təşkil olunan “Liman logistikası və dəniz daşımaları” adlı 5 günlük təlim başa çatıb.
Təlim çərçivəsində tələbələr Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar. Burada iştirakçılar limanın iş prinsipi ilə yerində tanış olublar. Təlimin nəticəsi olaraq yaxın günlərdə attestasiya keçiriləcək və uğur qazananlar sertifikatla təltif olunacaq.
Limanın rəhbər nümayəndələri ilə görüşən fakültənin dekanı Elçin Yusifzadə ikitərəfli əlaqələrin davam etdirilməsi və əməkdaşlıq müqaviləsi imzalanması haqqında razılığa gəliblər.

Tehsil-press.az


Oxşar xəbərlər