Geomaqnit qasırğası gözlənilir

Geomaqnit qasırğası gözlənilir N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 129 ləkə və iki tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli 1338 pfu-ya kimi yüksəlib. 10 MeV-dən çox enerji yüklü proton seli isə dekabrın 15-dən 16-dək S1 səviyyəsinədək yüksələrək radiasiya qasırğası baş verib. Günəş küləyinin sürəti artaraq 565 km/san olub. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 21 nT, radial istiqamətdə isə -14 nT olub. Hazırda Günəş küləyinin sürəti 470 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT təşkil edir.
Dekabrın 17-də geomaqnit sahəsini fəallığı artaraq G2 (orta) səviyyəsinədək yüksələrək geomaqnit qasırğası baş verib. Hazırda Kp indeksi 3-ə bərabərdir.
Dekabrın 18-dən 24-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin TKA və tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə artacağı proqnozlaşdırılır.
Bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. Dekabrın 18-dən 19-dək TKA təsirinin davam edəcəyi, dekabrın 22-də geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin də təsiri gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər