Edinburq Universitetinin immunoloqu, professor Eleanor Riley koronavirusla (COVID-19) bağlı araşdırma aparıb.
COVID hələ də əvvəlkindən daha pis təsiri ola biləcək gücdədir, çünki artıq virus orqanizmi həftələrlə məhv edə biləcək infeksiyalara səbəb olur. Daha bu xəstəliyə tutulduqdan sonra öskürək, baş ağrısı və qızdırma daha pik həddə çatır, sağalandan sonra isə fəsadları uzun müddət davam edən yorğunluqla müşayiət olunur.
Əsas məsələ COVID-ə yoluxandan sonra necə davrandığımızdır. Yəni söhbət virusun özü ilə bədənimizin müdafiəsi arasındakı döyüşündən gedir. Çünki mübarizəsi zəif olan orqanizm istənilən halda məhvə doğru gedir. Bu, xüsusən risk qruplu insanlara şamil olunur. İmmun sistemi, müdafiə qabiliyyəti aşağı olan insanlar risk qrupuna aid sayılırlar. İndi əsasən bu qrupa 65 yaşdan yuxarı insanlar aid edilir. Ancaq bu o demək deyil ki, yaşı 65-dən aşağı olan insanlar bu virusu asan keçirirlər. Xeyr! Çünki hazırda dövriyyədə olan viruslar immunoloji cəhətdən bir az zəif olan insanları özünə çəkir. Xüsusilə də bir çox insanın Omicron viruslarına və onların variantlarına qarşı immuniteti çox aşağıdır.
Yoluxma halında immunitet sistemimizin fərqli bir hissəsi - T-hüceyrələri fəaliyyətə başlayır. Bu hüceyrələr mutasiyaya uğrayan viruslar tərəfindən daha az çaşqın olur, çünki onlar COVID-ə yoluxmuş hüceyrələri aşkarlayır və ödürürlər.
Bir sözlə, onlar sizin ağır xəstələnməyinizə mane olur. Bu zaman sizdə əzələ ağrısı, qızdırma, titrəmə baş verir. Bu, virusu təmizləmək üçün daxili reaksiya - müdafiədir. Lakin virusun məhv edilməsi prosesində bu, mütləq ki sizə zədə vurur. Bu o səbəbdəndir ki, virusu keçirmiş insanlar hələ də onun fəsadlarını - yorğunluq, iştahın azalması, laqeydlik hissi, baş ağrısı - yaşayırlar. Lakin yaşından, risk qrupu olub-olmamasından asılı olmayaraq qidalanması, həyat tərzi, yuxu rejimi, iş həyatı (aktiv, passiv) və psixoloji hazırlılığı aşağı səviyyədə olan insanlar hələ də asanlıqla COVID-in qurbanı ola bilirlər.
Tehsil-press.az