İsveçin böyük şəhərlərində COVID-19-a rekord yoluxma səviyyəsi qeydə alınıb

İsveçin böyük şəhərlərində COVID-19-a rekord yoluxma səviyyəsi qeydə alınıb İsveç Kənd Təsərrüfatı Universitetindən olan tədqiqatçıların məlumatına əsasən, bir neçə böyük şəhərdə tullantı sularının analizi COVID -19-a yüksək rekord yoluxma səviyyəsini göstərib.
Karolina İnstitutunun klinik virusologiya şöbəsinin professoru Əli Miraziminin sözlərinə görə, COVID -19-a yoluxma səviyyəsinin indi niyə belə yüksək olduğunu söyləmək çətindir, ilin bu fəslində yoluxanların sayının artması gözlənilir. Bundan əvvəl – pandemiya vaxtı da belə idi.
“Məsələ ondadır ki, indi cəmiyyətdə peyvənd olunanların və dəfələrlə bu xəstəliyi keçirənlərin sayının çox olması fonunda yoluxmaların artımı faktiki olaraq nəzərə çarpmır”, - deyə o bildirib.
Bəzi regionlar və bələdiyyələr, eləcə də dövlət epidemioloqu Maqnus Qisslen yaşlı insanlar və digər risk qruplarından olan şəxslərlə təmasda diqqətli olmağa çağırıblar.
Ölkənin bəzi hissələrində COVID-19-un yayılmasının çoxalması səhiyyə sisteminə təzyiqin artmasına gətirib çıxarıb.
Artıq bir neçə həftədir milli kampaniya keçirilir, onun gedişində yaşlı insanlara və digər risk qruplarından olan şəxslərə COVID-19 əleyhinə vaksinin əlavə dozası tövsiyə olunur. Əli Miraziminin sözlərinə görə, məlumatlar göstərir ki, yeni vaksin cəmiyyətdə dövr edən virusların yayılmasından qorunmaq üçün bundan əvvəl istifadə edilən vaksinlərdən daha yaxşıdır.

Tehsil-press.az




Oxşar xəbərlər