Macarıstan səfəri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, eləcə də İsrail-Fələstin və Rusiya-Ukrayna cəbhələrindəki vəziyyəti müzakirə etdik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən mediaya açıqlamasında deyib.
“Macarıstan gələn ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək. Bu kontekstdə strateji tərəfdaşımız Macarıstanın Avropa İttifaqına üzvlüyümüzə dəstəyini bir daha təsdiqləməsi vacib idi. Macarıstanla Türk Dövlətləri Təşkilatında qurduğumuz əməkdaşlıq da bizim üçün çox dəyərlidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
ABŞ Prezidenti Co Baydenlə bir necə gün əvvəl baş tutan telefon danışığını xatırladan Ərdoğan bildirib ki, söhbət zamanı İsveçin NATO-ya üzvlüyü və F-16 məsələləri də müzakirə olunub.
Türkiyə Prezidenti Ukrayna taxılının ixracı üçün Qara dəniz dəhlizinin yenidən canlandırılmasının vacibliyini bildirib.
Tehsil-press.az