CAR-da 2 mindən çox şaxtaçı iki gündür yerin altında tətil edir

CAR-da 2 mindən çox şaxtaçı iki gündür yerin altında tətil edir Cənubi Afrika Respublikasının (CAR) şimalında, Rustenburq şəhəri yaxınlığında yerləşən platin mədənində 2 mindən çox şaxtaçı tətil edərək iki gündür ki, mədəndən çıxmır.
Bu barədə mədənin sahibi olan “Impala Platinum Holdings Limited” (Implats) kompaniyası məlumat yayıb.
Məlumata görə, tətil edən şaxtaçıların sayı 2 min 205 nəfərdir. Kompaniya tətil elan etmək üçün lazımi şərtlərin yerinə yetirilmədiyi üçün aksiyanı qanunsuz sayır. Hazırda mədəndə bütün işlər dayandırılıb. Tətildə iştirak etməyən şaxtaçılar təxliyə olunub. Mədən rəhbərliyi etirazçıların tələblərini yerinə yetirməkdən imtina edib.
Qeyd edək ki, 2023-cü ildə CAR-da tətilin yeni növü geniş yayılmağa başlayıb: şaxtaçılar uzun müddət yerin altında qalaraq tələblərinin yerinə yetirilməsində israr edirlər. Onların tələbləri arasında əsasən maaşların artırılması, pulsuz tibbi sığortanın təmin olunması və mədən rəhbərlərinin istefası yer alır.

Tehsil-press.az



Oxşar xəbərlər