İtaliyada səhiyyə işçiləri tətil ediblər

İtaliyada səhiyyə işçiləri tətil ediblər İtaliyada səhiyyə işçiləri 24 saatlıq milli tətil edib.
Buna səbəb kimi 2024-cü ilin büdcəsində səhiyyə xərclərinin və həkimlərin pensiya hüquqlarının azaldılması göstərilir.
Bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı keçirilən tətildə ölkə üzrə səhiyyə işçilərinin 85 faizi iştirak edib.
Tətil səbəbindən ölkə boyu xəstəxanalarda sıxlıq yaranıb, minlərlə insanın həkim qəbulu, testləri və əməliyyatları təxirə salınıb.
Mütəxəssilərin fikrincə, tətil günü insanlara təxminən 1,5 milyon səhiyyə xidmətinin göstərilməsi mümkün olmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər