Argentinanın yeni Prezidenti Xavyer Miley 2025-ci dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sektorlarda fövqəladə vəziyyət rejimi elan edib.
Fövqəladə vəziyyət rejimi Xavyer Mileyə iqtisadiyyatın liberallaşması və tənzimlənməsinin ləğvinə yönələn islahatlar paketini Konqres vasitəsilə ayrıca qəbuluna haqq qazandırmaq üçün lazım idi. Ümumilikdə fərmanda 360-dan çox maddə var ki, onların da xeyli hissəsi mövcud qanunların ləğvinə və ya dəyişilməsinə yönəlib.
Hökumət bundan sonra sənədi Konqresin müzakirəsinə çıxarmalıdır. Parlamentin hər iki palatası onu etibarsız saydığı halda fərman ləğv edilə bilər.
Dekabrın 20-də axşam saatlarında Xavyer Miley xalqa müraciət edərək aparacağı islahatları elan edib. Bunlara qiymətlərə nəzarətin aradan qaldırılması, beynəlxalq ticarəti asanlaşdırmaq üçün gömrük qaydalarının dəyişdirilməsi, dövlət şirkətlərinin özəlləşdirilməsinə hazırlıq və ixracda məhdudiyyətlərin qadağan olunması daxildir.
Tehsil-press.az