Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatıb

Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatıb Nigerdəki sonuncu fransalı hərbçilər dekabrın 22-də səhər saatlarında ölkəni tərk ediblər.
France-Presse agentliyi bu barədə Niger hərbçilərinə istinadla məlumat yayıb. Fransa qoşunlarının Nigeri tam tərk etməsi ilə bağlı mərasim Niamey aviabazasında baş tutub.
Niger ordusunun baş qərargah rəisi polkovnik Maman Sani Kiau və Fransanın Saheldəki qüvvələrinin komandanı general Erik Ozann birgə sənəd imzalayıb və aviabaza Niger ordusunun istifadəsinə verilib. İmzalanma prosesində Toqonun baş qərargah rəisi və ABŞ-ın hərbi attaşesi də iştirak edib. Qoşunların çıxarılması zamanı ciddi insident qeydə alınmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər