Nigerdə bəzi fransız KİV-ləri bloklandı

Nigerdə bəzi fransız KİV-ləri bloklandı Niger “France24” telekanalını və RFI radiosunu bloklayıb.
Bu, ölkədəki çevrilişdən bir həftə sonra baş verib.
Fransa tərəfi isə “Müəyyən edilmiş hüquqi çərçivədən kənarda qəbul edilmiş bu qərarı pisləyirik”, - deyə həmin hadisəyə münasibət bildirib.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər