Nigeriyada silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

Nigeriyada silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətinin bir neçə kəndinə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 160 nəfər həlak olub. Daha 3 minə yaxın insan zorakılıq təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Nigeriya ordusunun sözçüsünə görə, insident dekabrın 24-dən 25-nə keçən gecə Plato əyalətinin Muşu kəndində baş verib.
Qeyd edək ki, may ayından bəri Nigeriyada icmalararası toqquşmalar artıb. Qarşıdurmaların əsas səbəbi torpaq sahələri və su ehtiyatlarına çıxışla bağlı mübahisələrdir. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.

Tehsil-press.az


Oxşar xəbərlər