Peskov Serbiyada baş verənlərə münasibət bildirdi

Peskov Serbiyada baş verənlərə münasibət bildirdi “Serbiyada baş verən hadisələrdə xarici güclərin payı var”.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Serbiyadakı etiraz aksiyalarında üçüncü güclərin payının açıq-aşkar olduğunu vurğulayıb.
Peskov Serbiya hakimiyyətinin hüquqi asayişi təmin edəcəyinə şübhə etmədiyini bildirib.
Bununla belə, hadisələri Serbiyanın sırf daxili işi kimi qiymətləndirən Kremlin sözçüsü Belqradda vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək qədər güclü qanuni administrasiyanın olduğuna əmin olduqlarını vurğulayıb.
Peskov həmçinin vurğulayıb ki, Moskva heç vaxt başqa ölkələrin, xüsusən də Rusiyanın müttəfiqi və tərəfdaşı olan Serbiyanın daxili işlərinə qarışmayıb və qarışmağı planlaşdırmır.
Xatırladaq ki, 17 dekabrda Serbiyada keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası qalib gəlib. “Serbiya zorakılığa qarşı” bloku isə səslərin 23 faizini toplayaraq ikinci yeri tutub. Aksiya iştirakçıları isə, dekabrın 17-si keçirilən seçkilərdə hakim koalisiyanın qələbəsi ilə razı deyillər.

Tehsil-press.az


Oxşar xəbərlər