Serbiyada keçirilən prezident seçkilərində Aleksandr Vuçiç birinci turda qələbə qazandığını elan edib.
A.Vuçiç Serbiya Tərəqqi Partiyasının qərargahında keçirilən mətbuat konfransında seçkilərdə qalib gəldiyini deyib: “Bizim məlumatlara görə, mən səslərin 59,8 faizdən 60,1 faizə qədərini toplamışam. Serbiyada heç kimin edə bilmədiyini bacardım. Birinci turda iki dəfə qalib gələn yeganə prezident mənəm”.
Parlament seçkilərinin nəticələrini şərh edən A.Vuçiç bildirib ki, Serbiya Tərəqqi Partiyası və koalisiya tərəfdaşı Voyvodina Macarları İttifaqı parlamentdə çoxluğa sahib olmaq üçün kifayət qədər səs toplayıb.
2017-ci ildə ilk dəfə prezident seçilən A.Vuçiç növbəti müddətə Serbiya Respublikasının Prezidenti olub.
Tehsil-press.az