Serbiya Prezidentinin danışıqları dinlənilib - Belqradda qalmaqal

Serbiya Prezidentinin danışıqları dinlənilib - Belqradda qalmaqal Serbiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları Prezident Aleksandr Vuçiçin danışıqlarının qeyri-qanuni dinlənilməsini aydınlaşdıracaq.
Bu barədə ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib.
“Prezident Vuçiçin “dinlənilməsi” işi ilə məşğul olan DİN-in tərkibində olan Xidmətlər həqiqəti aydınlaşdıracaq. Prezident Vuçiç heç vaxt heç bir şeyi elə-belə demir və bu barədə o, siyasi mənfəət naminə yox, bunun həqiqət olduğuna görə bildirib. O, müəyyən məlumatlar alıb”, - nazir “TV Prva” telekenalının efirində deyib.
Daxili işlər nazirinin sözlərinə görə, qanunsuz “dinləmə”nin məqsədləri barədə danışmaq hələ tezdir, lakin artıq aydındır ki, onlar xoş niyyətlə edilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər