İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Hərb Tarixi Muzeyində olublar

İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Hərb Tarixi Muzeyində olublar Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) I kurs tələbələri Azərbaycan Hərb Tarixi Muzeyində olublar.
Tələbələrə muzeyin tarixi inkişaf yolu barədə məlumat verilib. Muzeyin rəisi polkovnik Əzizağa Qənizadə bildirib ki, 1992-ci ildə yaradılan muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə ekspozisiya və vitrinlərdə nümayiş etdirir.
Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər