Yaponiyanın avtomobil istehsalçısı “Toyota” 2023-cü ilin yanvar-noyabr aylarında istehsal həcmini 11 faiz artıraraq 9,23 milyon avtomobilə çatdırıb.
Kompaniyanın saytında dərc olunan məlumata görə, bundan öncəki rekord 9,05 milyon avtomobilin istehsal edildiyi 2019-cu ilə aiddir.
2023-cü ilin yanvar-noyabr aylarında “Toyota” kompaniyasının satışları 7 faiz artaraq 9,37 milyon avtomobil təşkil edib. Həmin dövr ərzində ABŞ-da satışlar 5 faiz (2,02 milyon avtomobil), Avropada 8 faiz (1,02 milyon), Yaponiyada 31 faiz (1,56 milyon) artıb. Çində isə əksinə, 1,72 milyon avtomobil satılıb ki, bu da öncəki ilin on bir ayı ilə müqayisədə 2 faiz azdır.
Eyni dövr ərzində tam elektrik mühərriki ilə çalışan “Toyota” avtomobillərinin satışı beş dəfə artaraq 95,2 minə çatıb.
Tehsil-press.az