BMT: Qazaxıstan dünyada qızılca xəstəliyinin ən çox yayıldığı ölkədir

BMT: Qazaxıstan dünyada qızılca xəstəliyinin ən çox yayıldığı ölkədir Avropa və Asiyanın bir çox ölkəsində qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. 100 min nəfərə düşən yoluxma hallarının sayına görə, Qazaxıstan dünya ölkələri arasında liderdir.
Dekabrın əvvəlinə olan məlumata görə, BMT-nin Uşaq Fondu (UNICEF) qızılca xəstəliyinin yayıldığı ölkələr sırasında Qazaxıstanın birinci yeri tutduğunu bildirib. Təşkilatın məlumatına görə, bu il oktyabr ayının sonunda ölkədə hər 100 min nəfərdən 69-u qızılcaya yoluxub. Qazaxıstan Səhiyyə Nazirliyinin son məlumatına görə isə noyabrın sonunda 100 min nəfərə düşən yoluxma hallarının sayı 88,9-a çatıb.
2023-cü ilin yanvar-oktyabr aylarında dünyada qızılcaya ən çox yoluxma Hindistanda müşahidə edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, on ay ərzində həmin ölkədə 61,6 minə yaxın yoluxma halı müəyyən olunub. İkinci yerdə ilin əvvəlindən 43,7 min nəfərin qızılcaya yoluxduğu Yəmən qərarlaşıb.
Həkimlər koronavirus pandemiyası zamanı qızılcaya qarşı immunizasiyadan imtina edilməsini infeksiyanın sürətlə yayılmasının səbəblərindən biri olduğunu deyirlər.

Tehsil-press.az


Oxşar xəbərlər