BDU tələbələri Təbiət Tarixi Muzeyində

BDU tələbələri Təbiət Tarixi Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri fənn müəllimi, Zoologiya və fiziologiya kafedrasının dosenti Saleh Əliyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya ediblər.
Tələbələr Zoologiya şöbəsində geoloji keçmişdə yaşamış və müasir onurğalı, onurğasız heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olublar. Muzeydə dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir kolleksiyaları tələbələrin diqqətini daha çox cəlb edib.
Qeyd edək ki, muzey Geologiya və Geofizika İnstitutunun tərkibində fəaliyyət göstərir.

Tehsil-press.az



Oxşar xəbərlər