UFAZ tələbələri sahə elmi təcrübəsində olublar

UFAZ tələbələri sahə elmi təcrübəsində olublar Azərbaycan-Fransız Universitetinin (UFAZ) Neft və qaz mühəndisliyi və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri, Strasburq Universitetindən dəvət olunmuş professor Matyu Şuster “Çöküntü hövzələrinin və kollektorlarının geologiyası” kursu çərçivəsində sedimentologiya üzrə sahə elmi təcrübəsində iştirak ediblər.
Sahə təcrübəsi zamanı UFAZ tələbələri Pirəkəşkül kəndi yaxınlığındakı son Miosen dövrünə aid geoloji yataqlarda (23 - 5,3 milyon il əvvəl) - Maykop silsiləsi - İslamdağ seksiyasında olublar. Tələbələr “qara şist” adlanan üzvi zəngin gillərlə təmsil olunan süxurların sedimentoloji və litoloji xüsusiyyətlərini müşahidə ediblər. Bu süxurlar kompleksi Cənubi Xəzər hövzəsinin bütün neft və qaz potensialının mənbəyidir.
Tələbələr, həmçinin Pirəkəşkül kəndi yaxınlığında müasir çöküntüləri öyrəniblər.

Tehsil-press.az


Oxşar xəbərlər