Respublikamızda təhsil sahəsində aparılan islahatlara uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) ölkəmizdə universitetlərarası əməkdaşlığın və innovativ təhsilin yeni bir modeli tətbiq edilmişdir.
ADPU-nun Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Hacıyevanın və NMİ-nin Təbiət və incəsənət fakültəsinin Ümumi fənlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Lamiyə Quliyevanın birlikdə təşkil etdikləri telekörpü üsulu ilə universitetlərarası “blok dərs” maraq doğurur.
Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Biologiyanın tədrisi metodikası” fənnindən “Fəal dərsin mərhələləri” mövzusunda keçirilən “blok dərs” zamanı hər iki təhsil müəssisəsinin tələbələri öncə fəal təlimin nəzəri əsasları, elmi-metodiki səciyyəsi və əhəmiyyəti barədə dos. G.Hacıyevanın çıxışını dinləmişlər. Daha sonra b/m L.Quliyeva bu təlimin praktik tətbiqini, bu zaman istifadə olunan tədris resurslarını və metodlarını nümayiş etdirmişdir.
Daha sonra yeni tədris modeli barədə müəllimlərin və tələbələrin iştirakı ilə müzakirələr aparılıb. Çıxış edənlər, ölkəmizin müxtəlif təhsil müəssisələri arasında qabaqcıl təcrübənin mübadiləsinə, tələbələrin fəallığına və ölkənin elmi-pedaqoji potensialından daha dərindən yararlanmasına geniş imkanlar açan bu dərs modelinin mühüm rolunu qeyd etmişlər.
Tədbirdə NMİ-nin prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev, Ümumi fənlər kafedrasının müdiri Qızıllı Əliyeva, ADPU-nun Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Kimya – biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, kafedranın müəllimləri, magistrantları və tələbələri iştirak etmişlər.
Tehsil-press.az