Pedaqoji Universitetin tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər

Pedaqoji Universitetin tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov, baş müəllim Fəxrəddin Məmmədov, müəllimlər Babək Abdullayev və Sahib Cəbrayılov, Tarix və coğrafiya müəllimliyi ixtisasının ikinci kurs tələbələri ilə birlikdə Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət ediblər.
Ekskursiya zamanı onlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ilə tanış olublar.
Tələbələr orada fəaliyyət göstərən muzeylə də tanış olublar. Muzey 12 ekspozisiya zalından ibarətdir. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası və s. haqqında məlumat alıblar.
Muzeylə əyani tanışlıq nəticəsində tələbələr bir daha əmin olublar ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir və əcdadlarımız Qobustanda öz tarixlərinin mədəni izlərini qoyub getmişlər.

Tehsil-press.az


Oxşar xəbərlər