Şarl Mişel Aİ Şurasının prezidenti vəzifəsini vaxtından əvvəl tərk edəcək

Şarl Mişel Aİ Şurasının prezidenti vəzifəsini vaxtından əvvəl tərk edəcək Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk etməyi və Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır.
Mişelin Avropa İttifaqı Şurasının prezidenti kimi mandatı 2024-cü ilin noyabrında başa çatır. O, jurnalistlərə bildirib ki, Avropa İttifaqı Şurası və parlamentdəki işini eyni anda apara bilməz. Buna görə də iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir.

Tehsil-press.az




Oxşar xəbərlər