İsrail amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti ilə əməkdaşlığı bərpa edəcək.
Bunun sayəsində “Starlink” peyk internet xidmətləri yenidən İsrail ərazisində əlçatan olacaq. Bununla belə, terminalların yalnız rəsmi orqanlara satışına icazə veriləcək.
Belə iddia olunur ki, “Starlink” İsrailin Müdafiə Nazirliyinin təsdiqi olmadan Qəzza zolağında humanitar təşkilatlara xidmət göstərməməyə razılıq verib.
Agentlik yazır ki, İsrail özünün cənub və şimal sərhədləri boyunca hərbi əməliyyatlar zamanı əlaqənin möhkəmləndirilməsi üçün kosmik terminalların imkanlarından istifadə etmək istəyir.
Xatırladaq ki, payızda İlon Maskın Qəzza zolağında “Starlink”in xidmətlərini təklif etməsi İsrailin narazılığına səbəb olmuşdu. Bu zaman İsrail rəhbərliyi “Starlink” peyk xidmətlərindən imtina etmək qərarına gəlmişdi.
Tehsil-press.az