Bakı Dövlət Universiteti (BDU) 40-dan çox ölkənin 150-dən artıq universiteti ilə əməkdaşlıq edir.
Ötən il BDU müxtəlif ölkələrin tanınmış universitetləri ilə 14 əməkdaşlıq müqaviləsi (Üsküdar Universiteti, Karabük Universiteti, Donostia Beynəlxalq Fizika Mərkəzi, Köln Universiteti, Kanaqava Universiteti, Türk Dünyası Jurnalistlər Federasiyası, Qranada Universiteti, NED Mühəndislik və Texnologiya Universiteti, Ankara Sosial Elmlər Universiteti, İstanbul Texniki Universiteti, Pekin Xarici Dillər Universiteti, Hacettəpə Universiteti, Hefey Texnologiya Universiteti, Tongji Universiteti) imzalayıb. 8 müqavilə (Varşava Universiteti, Ege Universiteti, Tsukuba Universiteti, Buxarest İqtisadi Elmlər Universiteti, Quaid-i-Azam Universiteti, Çukurova Universiteti) üzərində isə danışıqlar aparılır.
BDU Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında quruma rəsmi üzv seçilib. Bu, 2023-cü il oktyabrın 2-dən 6-dək Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində reallaşıb. Beləliklə, BDU-nun üzv olduğu beynəlxalq assosiasiyaların sayı 12-yə çatıb.
Tehsil-press.az