Xəzər Universiteti Türkiyə universitetləri ilə birgə tələbə və kadr mübadiləsi aparacaq

Xəzər Universiteti Türkiyə universitetləri ilə birgə tələbə və kadr mübadiləsi aparacaq Xəzər Universitetinin əməkdaşları Türkiyəyə səfərləri çərçivəsində Boğaziçi Universiteti, Sabancı Universiteti, Beykoz Universiteti, Üsküdar Universiteti, Kent Universiteti, TED Universiteti və Atılım Universitetində görüşlər keçiriblər.
Görüşlərdə tələbə və kadr mübadiləsi, ikili diplom proqramlarının hazırlanaraq rəsmiləşdirilməsi, birgə seminarların, intensiv kursların, yay məktəblərinin təşkili, elmi-tədqiqat mərkəzlərinin yaradılması və tədqiqatların aparılması, doktorantlara elmi məsləhətçilərin təyini və s. sahələrdə müzakirələr aparılıb və razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər