ADNSU-nun 200-dən artıq məzunu magistratura təhsilini dünyanın nüfuzlu ali məktəblərində alacaq

ADNSU-nun 200-dən artıq məzunu magistratura təhsilini dünyanın nüfuzlu ali məktəblərində alacaq Yeni tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3 mindən artıq bakalavr məzunundan 200-dən çoxu magistratura təhsilini dünyanın nüfuzlu ali məktəblərində alacaq.
ADNSU məzunları ABŞ, Böyük Britaniya, Kanada, Norveç, Avstriya, Almaniya, İtaliya, Çin, Fransa, Türkiyə, Polşa, İspaniya, Niderland, Macarıstan, Estoniya, Belçika, Çexiya, Sinqapur, İsveçrə, Litva, Rumıniya, Rusiya, Gürcüstan və digər ölkələrin təqribən 50-dək nüfuzlu ali məktəbinə qəbul olublar. ADNSU məzunlarının qəbul olduqları ali məktəblər arasında Top-10-da yer alan Massaçusets Texnologiya İnstitutu, Yel Universiteti, Sinqapur Milli Universiteti, Top-50-yə daxil olan Vaşinqton Universiteti, Mançester Universiteti, Strasburq Universiteti, Sorbon Universiteti, Münhen Texniki Universiteti, La Sapienza, Milan Politexnik Universiteti, Qlasqo Universiteti, Şeffild Universiteti, Miskolç Universiteti, Pekin Texniki Universiteti və digərləri var.
ADNSU məzunlarının qəbul olduqları universitetlər arasında Lids Universiteti, Torino Politexnik Universiteti, İstanbul Cərrahpaşa Universiteti, İstanbul Dövlət Universiteti, Paris Saklay Universiteti, Braşov Transilvania Universiteti, Vilnüs Gediminas Texniki Universiteti, London Metropolitian Universiteti, London Şəhər Universiteti, Vyana Universiteti, İnsbruk Universiteti, Hamburq Texnologiya Universiteti, Bremen Universiteti, Peruca Universiteti, İstanbul Kent Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Lund Universiteti, Praqada Çex Texniki Universiteti, Xidian Universiteti, Tartu Universiteti və digər ali məktəblərin adlarını da qeyd etmək olar.
Magistratura təhsilini xarici ölkələrin ali məktəblərində alacaq ADNSU məzunlarının sayı arta bilər. Ona görə ki, qəbul prosesi tam yekunlaşmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər