Husilər Ədən körfəzində gəmiyə hücum ediblər

Husilər Ədən körfəzində gəmiyə hücum ediblər Yəmənin üsyançı husilərin Ənsar Allah hərəkatı Ədən körfəzində Amerikanın “Genco Picardy” gəmisinə raket zərbəsi endirib.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria bildirib.
Hərəkat nümayəndəsinin sözlərinə görə, əməliyyatı bir neçə gəmi əleyhinə raketdən istifadə edən Yəmən Hərbi Dəniz Qüvvələri həyata keçirib.
Hərəkatın sözçüsü bildirib ki, husilər gəmiyə birbaşa zərbə endiriblər. Tələfat və ya gəmiyə dəyən ziyan barədə hələlik məlumat yoxdur.
O qeyd edib ki, hücum ABŞ və Britaniyanın Yəmən ərazisində husilərin hədəflərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. “Yəmən Silahlı Qüvvələri ölkəmizi müdafiə etmək və məzlum Fələstin xalqını dəstəkləmək üçün qanuni haqqın bir hissəsi olaraq Ərəb və Qırmızı dənizlərdəki bütün təhlükə mənbələrinə zərbələr endirməkdən çəkinməyəcək”, - deyə Saria əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər