Kitab oxumaq yaddaşı gücləndirir

Kitab oxumaq yaddaşı gücləndirir İnsanlar ev, iş və gündəlik həyatda vaxt çatışmazlığı səbəbindən beyinlərini o qədər də işlədə və inkişaf etdirə bilmirlər. Bunun üçün isə köməyə kitab gəlir. Kitab oxumaq yaddaşı gücləndirir.
Umumiyyətlə, insanların əksəriyyəti həm evdə, həm də işdə oturaq həyat sürür. Bu da sağlamlığımız üçün o qədər də əhəmiyyətli hal deyil: “Həmçinin ev, iş və gündəlik həyatda beynimizi istədiyimiz kimi məşq etdirə bilmirik. Bunun üçün kitab oxumaq ən yaxşı vasitədir. Qeyd edilməlidir ki, istifadə olunmayan hər şey kiçilir. Beynimiz də belədir. Buna görə də kitab oxumaq lazımdır. Çünki kitabdan aldığımız məlumatlar və beynimizdə yaratdığımız təxəyyül mütləq zehnimizi təkmilləşdirəcək, yaddaşımızın güclənməsinə səbəb olacaq, ağlımızdan və beynimizdən istifadə etdikcə unutqanlığımız getdikcə azalacaq. Kitab oxumaq təkcə məlumatların kəşfi ilə məhdudlaşan bir fəaliyyət deyil, həm də beyin və yaddaş qabiliyyəti üçün əhəmiyyətli bir məşqdir”, - deyə Dr.Emre Çevik əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər