UNEC tələbələrindən qeyri-adi Novruz sovqatı

UNEC tələbələrindən qeyri-adi Novruz sovqatı UNEC tələbələrinin ötən tədris ilindən başladıqları “Kitab at!” layihəsi davam edir.
Layihə çərçivəsində könüllü toplanan kitablar Novruz sovqatı kimi evlərə paylanılacaq. Məqsəd ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda, qədim ənənələrə söykənən Novruz bayramında kitab oxumaq vərdişini gündəmə gətirməkdir.
UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 10 min kitab Novruz hədiyyəsi kimi evlərə paylanılıb. Bu il isə layihə Bakı və Gəncə ilə yanaşı, Lənkəranda da reallaşacaq.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər