May ayının 11-dən 21-nə kimi Tehrandakı İmam Xomeyni Kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək.
Hər il keçirilən bu tədbir koronavirus pandemiyası səbəbindən son 2 ildə təxirə salınmışdı. Pandemiyanın səngiməsi ilə əlaqədar bu il sərgi öz işini bərpa edib.
Beynəlxalq sərgini İranın Mədəniyyət və İslam İrşad Nazirliyi təşkil edir. Sərgidə iştirak etmək istəyən kitabxana və nəşriyyat evlərinin, eləcədə kitab satışı ilə məşğul olan mağazaların nümayəndələri nazirliklə əlaqə saxlayıb kompleksdə məhsullarını nümayiş etdirə bilərlər.
Qeyd edək ki, sərgidə Avropada, Yaxın Şərqdə və Orta Asiyada fəaliyyət göstərən nəşriyyat evləri öz məhsullarını və yeni kitablarını nümayiş etdirirlər. Sərgidə, həmçinin görkəmli yazıçılar kitablarını təqdim edir və tərcümə olunan kitabların satışı həyata keçirilir.
Tehsil-press.az