Aktyor və siyasətçi Arnold Şvartsenegger Münhen aeroportunda saxlanılıb.
Yanvarın 17-də məşhur aktyor Arnold Şvartsenegger Bavariyanın paytaxtı Münhenə uçub, oradan o, Beynəlxalq iqlim sammitinin keçirildiyi Kitsbyüel şəhərinə getmək istəyib. Lakin gömrük yoxlaması zamanı onun üzərində bəyannamədə qeyd olunmamış saat aşkar edildiyi üçün saxlanılıb.
Qeyd edək ki, söhbət İsveçrənin “Audemars Piguet” firmasının istehsal etdiyi dəbdəbəli saatdan gedir. Aktyorun sözlərinə görə, o həmin saatı hərracda satmaq istəyib.
“Biz A. Şvartseneggerin vergidən yayınmaq istəməsi ilə bağlı araşdırmaya başlamışıq”, – deyə Münhen gömrük idarəsinin rəhbəri Tomas Mayster qeyd edib.
O sözlərinə əlavə edərək bildirib ki, 76 yaşlı aktyor saatı bəyannamədə qeyd etməli idi, çünki o idxal məhsulu sayılır.
A. Şvartseneggerin artıq bir neçə saatdır aeroportun binasında saxlanıldığı məlum olub.
Tehsil-press.az