Keçən həftə atasını itirən aktyor evində ölü tapıldı

Keçən həftə atasını itirən aktyor evində ölü tapıldı Məşhur "Eyforiya" serialında “Fezko” obrazını canlandıran aktyor Anqus Kloud vəfat edib.
25 yaşlı amerikalı aktyor evində ölü tapılıb.
Sosial mediada yayılan iddialara görə, o bir müddət əvvəl dünyasını dəyişən atasının itkisinə dözməyərək intihar edib. Lakin hələ də dəqiq olaraq ölüm səbəbi məlum deyil.
Aktyorun ölümü ilə bağlı ailəsi tərəfindən verilən açıqlamada bildirilib:
"Bu gün onunla vidalaşmaq məcburiyyətində qalmağımız çox kədərlidir. Anqus bir sənətçi, dost, qardaş və oğul kimi hamımız üçün xüsusi idi. O, keçən həftə atasını dəfn etdi və bu itki ilə çox mübarizə apardı. Bizim yeganə təsəllimiz Anqusun indi ən yaxın dostu, atası ilə qovuşduğunu bilməkdir”.
Qeyd edək ki, Anqus Kloud 10 iyul 1998-ci ildə ABŞ-də anadan olub. O, 2019-2022-ci illər arasında yayımlanan "Eyforiya" serialında “Fezko” obrazı ilə böyük şöhrət qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər