Ermənistanı bu dəfə kim silahlandırır? - Video

Ermənistanı bu dəfə kim silahlandırır? - Video İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb.
Ötən gün saat 17:50 radələrində İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb.
Onların üzəri brezentlə örtülmüş maşınlarda naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.
Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə gizlədilmək üçün ört-basdır olunub, onun hərbi məqsəd daşıdığı gün kimi aydın olur.
Əsas sualdan başlayaq: Bu dəfə “daşlar ölkəsi”nə silah tədarük etmək qərarına kim gəlib? Burada bir neçə variant var.
Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Paşinyanın partiyasının nümayəndəsi, istefada olan general Qaqik Melkonyan Ermənistana Rusiya silahlarının daha bir partiyasının gətirildiyini yüksək səslə elan edib.
Bundan öncə Paşinyan və partiya yoldaşlarının Moskvanı pulla alınan silah-surastı verməkdən boyun qaçırdığı ilə bağlı etdiyi ittihamları yada salmaq kifayət edir. Bəlkə də Moskva KTMT-dəki müttəfiqinə həmin silahları ötürmək qərarına gəlib?
Eyni zamanda o, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaqdan imtina edib. Yaxud, ötən ilin dekabrında Rusiya səfiri Kopırkin TASS-a müsahibəsində qeyd edib ki, İrandan Ermənistana Rusiya hərbi texnikasının yeni partiyası göndərilib.
“Bağlanmış müqavilələrin demək olar ki, hamısı ya artıq tamamlanıb, ya da icrasının son mərhələsindədir. Moskva və İrəvan yeni sazişlərin bağlanmasını müzakirə edirlər. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur”, - deyə səfir bildirib.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibə zamanı Rusiya silah, texnika və sursatları İran ərazisindən keçməklə Ermənistana daşınıb. Bu yerdə Rusiyanın yenidən İran vasitəsilə Ermənistana yeni silah partiyası göndərdiyini ehtimal etmək olar.
İndi növbəti sual yaranır: Moskva İrəvanı silahlandırmaqda davam edirsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünü niyə vasitəçi kimi qələmə verir?
İkinci seçim Hindistandır. Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəyini yüksək səslə bəyan edib. Ermənistan çoxsaylı buraxılış raket sistemləri, özüyeriyən artilleriya, tank əleyhinə idarə olunan raketlər, artilleriya radarları, pilotsuz uçuş aparatları sistemləri və hətta Hindistan istehsalı olan raketlərin alınmasına ciddi maraq göstərib.
2022-ci ilin noyabrında Ermənistan Hindistandan təxminən 160 milyon dollara 155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə başlayıb. Bundan əlavə, İrəvan havadan buraxılan ortamənzilli “BrahMos” raketləri və yerüstü qısamənzilli “Pralay” taktiki ballistik raketləri almağa hazırlaşır. Buradan bu nəticəyə gəlmək olar ki, millətçi Modinin hökuməti yenə Ermənistanı silahlandırmaqda maraqlıdır.
Və son veriya cənub qonşumuz olan, İran... Bu ölkə Zəngəzur dəhlizi ilə bağlı mütəmadi olaraq hədələyici bəyanatlar verir və bildirir ki, “Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttdir”. Ehtimal etmək olar ki, müxtəlif istiqamətlərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi müharibələr aparan Tehran Ermənistanın silahlandırılmasının onun ərazisinə qoşun yeritməkdən daha məqsədəuyğun olduğuna qərar verib. Bu qərarın Tehranda Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına qarşılıq kimi alınması da mümkündür.



Tehsil-press.az



Oxşar xəbərlər