Tramp praymerizdən kənarlaşdırılmayacaq

Tramp praymerizdən kənarlaşdırılmayacaq ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə Respublikaçılar Partiyasının namizədinin müəyyən edilməsi prosedurundan kənarlaşdırılmayacaq.
Bu barədə Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq məlumat yayıb.
O bildirib ki, bu qərar Vaşinqton ştatının məhkəməsi tərəfindən verilib.
Xatırladaq ki, Respublikaçıların hind əsilli namizədi Vivek Ramasvami prezident seçkilərində namizədliyini geri çəkib. O, prezident seçkilərində Trampı dəstəkləyəcəyini qeyd edib. İndi Trampın Respublikaçı rəqibləri arasında Florida qubernatoru Ron DeSantis və ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.

Tehsil-press.az




Oxşar xəbərlər