Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar və Demokratların vahid namizədlərini müəyyən etmək üçün partiyaların daxilində rəqabət güclənir. Hər iki partiyada Ağ evə yeni iddiaçılar meydana çıxır.
ABŞ-ın 80 yaşlı hazırkı Prezidenti Co Bayden yenidən öz namizədliyini irəli sürmək fikrindədir. Demokratlar partiyasından onunla rəqabət aparacaq əsas fiqurlar Robert Kennedi (kiçik) və yazıçı, siyasətçi Marianne Villyamsondur. Siyasi analitiklər bildirirlər ki, hazırda bu partiyada Baydenin vahid namizəd göstərilmə şansı daha çoxdur.
Respublikaçılardan prezidentliyə vahid namizədlər arasında keçmiş dövlət başçısı Donald Trampla yanaşı, daha 10 siyasətçi prezidentliyə vahid namizəd olmağa iddialıdır. Rəqib Demokratlardan fərqli olaraq, bu partiyada rəqabətin daha gərgin olduğu bildirilir. Belə ki, namizədlər arasında ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens, Florida ştatının qubernatoru Ron De Santis, partiyada Trampın ən sərt tənqidçisi, senator Liz Çeyni, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, Birləşmiş Ştatların daha 4 ştatının qubernatorları var. Maraqlıdır ki, eyni partiyanın üzvü olsalar da, bu namizədlərin əksəriyyəti 76 yaşlı Donald Trampın siyasətini tənqid edən siyasətçilərdir.
Hər iki partiyadan olan namizədlərin çıxışları və bəyanatları ABŞ cəmiyyətində böyük maraq doğurur. Onların Rusiya, Ukraynadakı müharibə, Çinlə münasibətlərin gələcəyi ilə bağlı mövqeləri isə daha mühümdür. Bundan başqa, hazırda həm Demokratlar, həm də Respublikaçıların bir sıra siyasi xadimləri indiki administrasiyanın Yaxın Şərq siyasətini kəskin şəkildə tənqid edirlər. Onlar bildirirlər ki, Vaşinqtonun ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə münasibətlərinin möhkəmlənməsi zəruridir. Bu kontekstdə Donald Trampın bəyanatları daha çox marağa səbəb olur.
Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.
Tehsil-press.az